Elmar Məmmədyarov Şimali Makedoniyanın baş naziri ilə görüşüb – Foto

0
172

Terefsiz.az saytı xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri Zoran Zaev ilə Nyu Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər.

Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Elmar Məmmədyarov və Zoran Zaev həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Terefsiz.az