Meksikada narkokartel üzvləri hərbçiləri pusquya salıblar, 5 nəfər həlak olub.

0
144

Meksikanın Herrero ştatında bir qrup hərbçi narkokartelin pusqusuna düşüb.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə “Milenio” nəşri bildirib.

Qeyd edilir ki, atışma zamanı hərbi qulluqçu və daha 2 mülki şəxs həlak olub.

“Milli Müdafiə Nazirliyinin məlumatına görə, dörd nəfər – iki əsgər və iki mülki şəxs toqquşmanın baş verdiyi yerdə öldürülüblər, daha bir əsgər Çilpansinqo xəstəxanasında həlak olub”, – deyə xəbərdə bildirilir.

Nəşrin məlumatına görə, silahlı qrupun hücumu ordu patrulunun narkotik bitkilərin məhv edilməsi əməliyyatı zamanı baş verib. Əsgərlər cavab atəşi ilə 2 silahlını öldürüblər. Habelə, bir neçə şəxs hərbçilər tərəfindən saxlanılıb.

Terefsiz.az