Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.
Terefsiz.az Şirkətin baş direktoru Balakişi Qasımovun Oxu.Az-a verdiyi məlumata istinad xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.
İTV-nin rəhbəri saytımıza verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq qurumlara təşəkkürünü də bildirib.
İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.
istinad:oxu.az