“Roma”da ciddi itki – 2 ay oynamayacaq.

0
176

“Roma”nın futbolçusu Lorenso Pelleqrini sıradan çıxıb.

Terefsiz.az saytı klubun saytına istinadən xəbər verir ki, İtaliya A Seriyasının 6-cı turunun “Leççe” ilə oyununda zədələnən yarımmüdafiəçi əməliyyat olunub. Pelleqrininin ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm A Seriyasında 6 oyunda meydana çıxıb və 4 qol ötürməsi edib.

Terefsiz.az