Yaponiya raket buraxılışı ilə əlaqədar KXDR-ə etiraz edib.

0
210

Yaponiya hökuməti çərşənbə günü raketlərin işə salınmasından sonra Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını ifadə edib.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abeyə istinadən “İnterfaks” bildirib.

“Ballistik raketlərin işə salınmaları BMT qətnamələrinin pozulmasıdır. Biz qətiyyətli etirazı bildirdik və onları ittiham edirik”, — xəbərdə deyilir.

Qeyd edək ki, KXDR-in buraxdığı iki raketdən biri Yaponiyanın xüsusi iqtisadi zonasında düşüb.

Şimali Koreya yeni raketlərin sınaqlarını avqustun əvvəlindən keçirir. Avqustun 3-də Koreya Xalq Demokratik Respublikası yeni raket sistemini yoxladığını təsdiqləyib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

Terefsiz.az