MDB iştrakçı dövlətlərinin gənc rəssamları arasında “Məndə sığar iki cahan…” adlı internet müsabiqə

0
204

MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında “Məndə sığar iki cahan…” adlı internet müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdi.

 

Terefsiz.az xəbər verir ki, layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi,  MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi,  müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin geniş kütləsinə öz yaradıcılıqlarını nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılması idi.

 

Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan, Türkmənistan, Estoniya və Türkiyənin nümayəndələri fəal iştirak etdilər. Müsabiqədə iştirak etmək üçün 2000-dən çox iştirakçı öz işini təqdim etmiş, onlardan 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekunlarına həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün seçilmişdi. Münsiflər heyətinin seçiminə əsasən müsabiqənin 4 nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq;  foto; kompyuter qrafikası; instalyasiya) qalibləri müəyyən edilmişdi.

 

Belə ki,  rəngkarlıq, qrafika, heykəltəraşlıq nominasiyası üzrə I yer – Şaken Akılbek (Qazaxstan), II yer – Aşurəliyev Məhəmməd (Tacikistan) və Gizem Çeliker (Türkiyə), III yer – Ponomarova Antanina (Belarusiya) və Baxışzadə Dəniz (Azərbaycan), foto naminasiyası üzrə I yer – Nikolskaya Natalya (Rusiya), II yer – Manea İon (Moldova), III yer – Battal Onur (Türkiyə), Kompyuter qrafikası üzrə I yer – Rizvanov Cəmil (Azərbaycan), II yer – Manea İon (Moldova), III yer – Temniçenko Varvara (Rusiya), İnstalyasiya nominasiyası üzrə I yer  – Maneo İon (Moldova), II yer – Mikitiç Mariya (Moldova), III yer – Vasilyeva Sofiya (Rusiya) qazandı. Bundan əlavə,  “İdeyanın ən yaxşı ifadəsi” nominasiyasında Nərimanlı Sərxan (Azərbaycan) və  “Ən yaxşı texniki həll” nominasiyasında  İqnatova Yuliya (Rusiya) yer almışlar.

 

Müsabiqənin şərtlərinə əsasən iştirakçilarin Bakıya səfəri təşkil olunmuşdu. Paytaxtda baş tutan tədbirin sərgisinin açılışı və qaliblərin mükafatlandırma mərasimi 03 oktyabr 2019-cu il tarixdə saat 16.00-da Bakı şəhərində Xətai Sənət Mərkəzində baş tutmuşdu.

Foto: Sadıq Əliverdibəyli

TEREFSİZ.AZ