Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı.

0
187

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

 

Terefsiz.az saytı oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Mais Məmmədov işdən çıxarılıb və sərəncama götürülüb.

Məlumatlara görə, M.Məmmədov iki ilə yaxındır bu vəzifədə çalışıb. 

Onun yerinə hələlik təyinat yoxdur.

Terefsiz.az