Xalq artisti Ofeliya Sənani infarkt keçirib.
Terefsiz.az saytı xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.
78 yaşlı aparıcı əvvəlcə təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha sonra ailənin istəyi ilə o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparılıb.
Diktorun vəziyyətinin ağır olduğu bildirilir.
Terefsiz.az