– Yaxşı oynadıq. Bu tərzdə davam edib, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq.
– Hesab açılana qədər futbolçular arasında gərginlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?
– Məncə, heç bir gərginlik yox idi. Biz sadəcə, topa nəzarət edirdik. Oyun bizim əlimizdə idi. Buna görə 2 qol vura bildik.
– Xüsusilə birinci hissədə baş məşqçiniz dəfələrlə Dario Federikoya qışqırırdı. Onu çağırıb, cinaha çəkmək istəyirdi. Darionun oyunu haqda nə deyə bilərsiniz?
– Mən ümumiyyətlə, başqa futbolçunun performansı barədə danışa bilmərəm. Baş məşqçinin Dario haqda fikrini bilmək istəyirsinizsə, onunla danışın. Məncə, Dario sona qədər vuruşurdu. Bu gün özünü yaxşı göstərdi.
– Azarkeşlər 90 dəqiqə istefa şüarları səsləndirdilər. Bunun komanda daxilindəki atmosferə təsiri var?
– Bir qədər gərginlik var idi. Çünki bu günə qədər olan nəticələrimiz qənaətbəxş deyildi. Amma bizim baş məşqçimiz var. Meydanda onun verdiyi tapşırıqları yerinə yetiririk və bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə isə onu demək istəyirəm ki, onlar bizə lazımdırlar. Gəlib, 90 dəqiqə dəstək olsunlar. Biz vahid bir komandayıq, bu şəkildə də qalmalıyıq.
– Birinci dövrə bitir. Lider “Qarabağ”dan 8 xal geridəsiniz. Bu fərqi aradan qaldıra biləcəksinizmi?
– Təbii ki, 8 xal böyük fərqdir. Amma yenə də biz vuraşacağıq. Söz verə bilmərəm ki, “Qarabağ”ın çempionluğuna mane olacağıq. Amma buna çalışacağıq. Əlimizdən gələni edəcəyik.
İstinad: qol.az
Terefsiz.az