Bakıda gənc qızı döyüb mobil telefonunu əlindən aldılar.

0
201

Terefsiz.az saytı xəbər verir ki, Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.

APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Terefsiz.az