Dərbəndin icra başçısı həbs edildi

0
335

Dərbəndin icra başçısı həbs edildi

Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib. Məhəmməd Cəlilov iyunun 9-na qədər nəzarət altında saxlanılacaq.

Terefsiz.az saytı RİA Novosti – yə istinadən xəbər verir ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir.

İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal magistralı ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir.

Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.

Terefsiz.az