“Mütləq Azərbaycana qalib gəlməliyik” – Macar futbolçu

0
122

“Bunu millidə ən ağır oyunum adlandırmazdım. Yaxşı planlarımız var idi, ancaq bir neçə axmaq səhvə yol verdik”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının müdafiəçisi Villi Orban Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyundan sonra deyib.

“Leypsiq”in futbolçusu 0:3 hesablı məğlubiyyəti şərh edərkən milimizlə qarşıdakı görüşdən də danışıb. O, anca qələbə haqda düşündüklərini bildirib: “İndi ən önəmlisi düzgün hazırlaşmaqdır. Azərbaycanla oyun çox vacibdir. Onlara mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.