Fransa millisində ciddi itki – Türkiyə ilə oyunda olmayacaq

0
156

Fransa millisi ciddi itki ilə üzləşib.

Terefsiz.az xəbər verir ki, komandanın aparıcı üzvü Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfərdə keçirilən oyundan (1:0) öncə isinmə hərəkətləri edərkən zədələnib. “Çelsi”nin futbolçusunun zədəsinin nə qədər ciddi olduğu hələlik məlum olmasa da, 28 yaşlı yarımmüdafiəçinin seçmə mərhələnin növbəti turunda Türkiyə ilə oyununda meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa – Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.