Türk Polis Təşkilatının yaranmasının 174-cü ildönümü münasibətilə əlilliyi olan şəxslər dalğıc polislərin köməyi sayəsində İstanbul boğazının sualtı dünyası ilə tanış olublar.
Terefsiz.az saytı Azərtac – a istinadən xəbər verir ki, “Vətən uğrunda suya dalmaq” şüarı altında keçirilən tədbirdə İstanbul boğazının 5 metr dərinliyində ay-ulduzlu şəhid abidəsi yerləşdirilib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
Terefsiz.az