Rəcəb Tayyip Ərdoğan Bakıya gəlir

0
165

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

Terefsiz.az “Hürriyyət”-ə istinadən xəbər verir ki, səfər Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət rəhbərlərinin 7-ci zirvə toplantısı çərçivəsində baş tutacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.

Türk Şurasının yaradılması ilə bağlı imzalanmış Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

istinad:oxu.az