“Barselona” gənc futbolçusu Ansu Fati ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Terefsiz.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, Kataloniya klubu 16 yaşlı hücumçunun transfer dəyərini yüksəltmək istəyir. La Liqa təmsilçisi futbolçu üçün 200 miliyon avro qiymət qoymağı planlaşdırır.
Qeyd edək ki, A.Fati bu mövsüm “Barselona”nın heyətində 6 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib