Yasamalda 3 nəfər qırılan ağac budaqlarının altında qalıb.

0
185

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub.

Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Terefsiz.az