“Barselona”nın futbolçusu Ansu Fati İspaniya millisində debüt edib.
Terefsiz.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin Monteneqro ilə qarşılaşdığı oyunda (2:0) iştirak edib. 16 yaşlı hücumçu qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, qvineya-bisaulu futbolçu bir müddət əvvəl İspaniya vətəndaşlığını alıb.