Kataloniyada ümumxalq tətili keçiriləcək

0
180

Bu gün İspaniyanın Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək.

Terefsiz.az  xəbər verir ki, küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.

Onlar İspaniya Ali Məhkəməsinin 2017-ci ildə Kataloniya referendumu haqqında iş üzrə qərarına qarşı etiraz edirlər.

Tətillə bağlı Kataloniyada məktəblər, uşaq bağçaları, müxtəlif idarələr bağlanacaq. Şəhər ictimai nəqliyyatının operatoru heç olmasa, işin minimal səviyyəsini təmin etməyə söz verdi: küçələrdə 20%-dən 30%-ə qədər avtobus işləyəcəklər.

Köhnə şəhərdə həmçinin bəzi mağazalar və kafelər bağlanacaq. Çoxları yaranacaq vəziyyətə uyğun işləyəcəklər – əgər qarışıqlıqlar başlansa, onda onlar dərhal bağlanacaq.

Terefsiz.az