Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək.
terefsiz.az AFFA-ya istinadən verdiyi məlumata görə, Liepaya Olimpiya Mərkəzində oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmanı Eduard Ratkuyins, İnqus Purins və Qunar Roqa idarə edəcəklər.
Qeyd edək ki, bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.