Çində “Bir zamanlar Hollivudda” filminin nümayişi qadağan edilib

0
182

Çin kinoteatrlarında dünya şöhrətli rejissor Kventin Tarantinonun “Bir zamanlar Hollivudda” filminin nümayişi qadağan edilib.

Terefsiz.az “Hollywood Reporter”ə istinadən xəbər verir ki, buna səbəb dünyaca məşhur aktyor Brüs Linin qızının şikayəti olub. Belə ki, aktyorun qızı Şennon qəzəbli şəkildə Çin hökumətinə filmdə “Brüs Li”nin göstərildiyi səhnələrin dəyişdirilməsi tələbi ilə müraciət edib. O, Tarantinonun atası Brüsə hörmətsiz rəftar etdiyini və onu “çox təkəbbürlü” göstərdiyini bildirib.

Xatırladaq ki, bir müddət öncə Şennon ilə Kventin arasında qalmaqal yaşanıb. Şennon deyib:

“Yaxşı olardı ki, o, ya üzr istəsin, ya da desin ki, bəli, mən Brüs Linin necə bir adam olduğunu bilməmişəm. Mən onu yalnız film üçün belə təsvir etmişəm”.

Qeyd edək ki, Kventin Tarantino bir müddət əvvəl açıqlamasında Brüs Lini öz filmində necə var elə – lovğa kimi təqdim etdiyini bildirmişdi:

“Onun danışıq tərzini özümdən çıxartmamışam. Bu cür fikirləri elə məhz ondan şəxsən eşitmişəm. Deyirlər ki, guya o, heç vaxt Məhəmməd Əlini döyə biləcəyini elan etməyib. Brüs Li isə özü belə bir şey deyib. Onun həyat yoldaşı Linda Li də bioqrafiyasında bunu təsdiqləyib”.

Rəşad Əliyev

istinad:oxu.az