İrqçiliyə görə meydanı tərk etdilər

0
172

İngiltərə kubokunda 4-cü seçmə mərhələnin “Haringi Boro” – “Yovil Taun” matçı azarkeşlərin hərəkəti üzündən yarımçıq dayandırılıb.

Terefsiz.az-ın məlumatına görə, 64-cü dəqiqədə qonaqlar 1:0 hesabı ilə öndə olduqları vaxt meydan sahiblərinin Kamerun əsilli qaradərili qapıçısı Valeri Duqlas Payetat öz ünvanına gəlmə fanatların rasist şüarlarını eşidib. Bunun cavabında Peyetatın komandası meydanı tərk edib. Nəticədə matç ləğv olunub.

Sonradan futbolçular geri qayıdaraq əl sıxıblar və azarkeşlərə minnətdarlıqlarını bildiriblər. “Haringi Boro”nun baş məşqçisi Tom Loyzu meydandan çıxmaq barədə qərarı özünün verdiyini açıqlayıb. Onun sözlərinə görə, fanatları sakitləşməyə və qaydalara əməl etməyə çağırışları bəhrəsini verməyib.

Qeyd edək ki, daha əvvəl iqrçilik təqdirində meydanı tərk edəcəklərini İngiltərə millisinin futbolçuları bildirib.