Bu ölkədə iğtişaşlar zamanı supermarket yandırılıb: 3 ölü

0
183
Çilidə iğtişaşlar zamanı talana məruz qalan supermarketdə yanğın zamanı 3 nəfər ölüb.
Terefsiz.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Santyaqoda baş verib.
Santyaqo meri Karla Rubilar bildirib ki, supermarketdə yanğın zamanı 2 nəfər ölüb, ağır xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Çilidə metroda gediş haqlarının artırılmasına etiraz olaraq keçirilən aksiyalarla əlaqədar hakimiyyət gecə saat 22.00-dan səhər saat 07.00-a qədər bir sıra vilayətlərdə komendant saatı elan edib.
Qeyd edək ki, oktyabrın 6-da metroda gediş haqqı 30 peso (0,042 dollar) artırılıb. Bu, ölkədə etiraz aksiyalarına yol açıb. Dinc aksiyalar 18 oktyabrdan polislə toqquşmalarla müşayiət olunur. Aksiyaçılar bir çox metro stansiyalarına da zərər vurub, bir ticarət mərkəzini, avtobusları yandırıb. Oktyabrın 19-da paytaxt Santyaqoya zirehli texnika yerləşdirilib. Dünən hakimiyyət yeni razılaşma əldə edilənə qədər metroda gediş haqqının artırılmasını dayandırdığını da açıqlayıb.