Cared Leto “Coker”in çəkilişlərinə mane olmağa çalışıbmış.

0
223

“İntiharçılar dəstəsi” filmində Coker obrazını yaradan Cared Leto Todda Fillipsin filminin çəkilişlərinə mane olmağa çalışıb. 

“The Hollywood Reporter”un məlumatına görə, Leto öz personajının yeni təqdimatından narahat olub. O, CAA-dakı həm də Todda Fillipsin maraqlarını qoruyan agentlərinə zəng edib. Bundan başqa, aktyor “Warner” şirkətinə musiqi meneceri İnvinq Azoff vasitəsilə təsir göstərməyə çalışıb.

Menecer vəziyyətlə bağlı şərh verməsə də, Letonun ətrafı deyilənləri təkzib edib.

Mətbuatın məlumatına görə, “Coker”in rəsmi anonsundan sonra Cared Leto və İnvinq Azoff əməkdaşlığa son qoyublar. 

Terefsiz.az