Övladının gözü önündə həyat yoldaşının boğazını kəsən ər ömürlük cəza aldı.

0
174

Türkiyədə keçmiş həyat yoldaşı Əminə Bulutu qızının gözü önündə bıçaqlayaraq qətlə yetirən Fədai Varan ömürlük azadlıqdan məhrum edilib.

Terefsiz.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əminə Buluutun həbsxanada olan qardaşları məhkəməyə video-görüntü ilə qatılıb. Mərhumun qızı isə orada iştirak etməyib. 10 yaşlı uşağın qəyyumluğunu almaq üçün ana nənə və babası yenidən məhkəməyə müraciət edib.

Xatırladaq ki, bu ilin avqustunda Əminə Bulut kafedə qızının gözləri önündə əri tərəfindən boğazından bıçaqlanmışdı. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. Əminənin ölümündən sonra, ölkədə aksiyalar keçirilmişdi.

Terefsiz.az