Qəbələ, Zaqatala və Biləsuvarda vəkil büroları təsis ediləcək.

0
142

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qurumdan  verilən məlumata görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib.

Terefsiz.az saytı xəbər verir ki, iclasda ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılıb, Vəkillər Kollegiyasının qeyd olunan müsabiqənin “Platinium Sponsor”u olması qərara alınıb.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, bundan başqa, Qəbələ, Zaqatala və Biləsuvar rayonlarında Vəkil Bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

İclasda həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

İstinad: report.az

Terefsiz.az