Erik Ramos 1 milyon avronu ödəyəcəkmi?

0
165

“Real” müdafiəçisi Serxio Ramos vergidən yayınmaqda ittiham edilir.

Terefsiz.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sözügedən ölkənin “Marka” nəşri Ramosun vergi qaydalarını pozduğu üçün 1 milyon avro cərimələndiyi vurğulayıb.

Ramos bu məbləğin yarısını ödəsə də, vergidən yayındığını boynuna almayıb. “Real”ın kapitanı məhkəmənin qərarına etiraz etmək fikrindədi. O, əvvəlcədən ödədiyi 500 min avronun da qaytarılmasını tələb edəcək.