Üzeyir Hacıbəylinin ev muzeyində “Yubileylər ili” adlı tədbir keçirildi.

0
327

26.10.2019-ci il tarixdə Üzeyir Hacıbəylinin ev muzeyində “Yubileylər ili” adlı tədbir keçirildi.

Terefsiz.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova açdı. O, 2019-cu ildə yubileyləri olmuş bəstəkarların – Asəf Zeynallının, Ərtoğrul Cavidin, Soltan Hacıbəyovun, İsmayıl Hacıbəyovun yaradıcılığından qısa söhbət açdı. Sonra G.Ələsgərova sözü 2 saylı musiqi məktəbinin nəzəriyyə müəllimi Aygün İsgəndərovaya verdi. Aygün İsgəndərova öz növbəsində Soltan və İsmayıl Hacıbəyovların yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. İştirakçılar Soltan Hacıbəyovun “Prelüd”ünü dinlədilər. Daha  sonra  söz Hüseyn Cavidin ev muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyevaya verildi. Lalə Əliyeva da erkən vəfat etmiş Azərbaycan bəstəkarı Ərtoğrul Cavidin yaradıcılığı haqqında tamaşaçılara müfəssəl məlumat verdi. Bu dəfə tamaşaçılar Ərtoğrul Cavidin “Səninlə olaydım” adlı əsərini dinlədilər.

           Çıxışlardan sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin kollektivinin Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı tamaşaçıların alqışlarına səbəb oldu.

           Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin ev muzeyinin ekspozisiya zalları ilə tanış oldular.

Foto: Sadıq Əliverdibəyli