ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.Bu barədə Terefsiz.az saytı RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.
ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.
Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib.
Terefsiz.az