Almaniya bundesliqasının 10-cu turun “Union” – “Herta” matçında maraqlı hadisə yaşanıb.
Terefsiz.az saytı xəbər verir ki, oyunun gedişatında bir neçə dəfə üzü maskalı azarkeşlər meydana girməyə cəhd ediblər. Bu səbəbdən onlar görüşün normal axarda gedişinə mane olublar. Sonda “Union”un polşalı qapıçısı Rafal Qikeviç araya girərək xuliqan fanatların tribunaya qovub.
Qeyd edək ki, oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.