Parisdə Azərbaycanın kamança ustasının konserti olub – FOTO

0
205

Terefsiz.az saytı xəbər verir ki, Fransanın paytaxtı Parisdə azərbaycanlı və iranlı musiqiçilərin birgə konserti keçirilib.

Azərbaycanın istedadlı kamança ustası İmamyar Həsənov və iranlı müğənni Hengamen Bertschinin ifa etdikləri “Araz” qrupunun konsert Parisin “Cafe de la Danse” konsert zalında baş tutub. Konsertdə Azərbaycan və İran bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.

İranlı müğənni Hengamen Bertschi Fransada Azərbaycanın Dostları Assosiasiyası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasına konsertin keçirilməsinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Konsert zamanı müğənni Azərbaycan və İran musiqisi haqqında tamaşaçılara ətraflı məlumat verib. Pianoda gənc azərbaycanlı musiqiçi Etibar Əsədli ifa edib.

İstinad: report.az

Terefsiz.az