“Tottenhem” Son üçün psixoloq ayıracaq.

0
189

 İngiltərə Premyer Liqasının son turunda top uğrunda mübarizə zamanı “Everton”un futbolçusu Andre Qomeşin ayağını qıran “Tottenhem”in oyunçusu Son Hın Min depressiyaya düşüb.

Terefsiz.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, hadisənin təsirindən çıxa bilməyən cənubi koreyalı yarımmüdafiəçinin həkimlərin köməyinə ehtiyacı var.

Buna görə də, “Tottenhem”in Son üçün xüsusi psixoloq ayıracağı bildirilir. London klubunda psixoloq olsa da, onun üçün başqa həkim də ayrılacaq.

Xatırladaq ki, oyun zamanı rəqibinin qorxunc zədəsini görən Son Hın Min göz yaşlarını saxlaya bilməyib, oyunda sonra isə özünə qapanıb, tək qalmaq istədiyini bildirib.

Terefsiz.az