UEFA-da Elxan Məmmədovun sədrliyi ilə komitə iclası keçirildi.

0
205

Terefsiz.az saytı xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.  

AFFA-nın rəsmi saytı xəbər verir ki, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.

Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfədi ki, UEFA-da iclasa sədrlik edib.

Terefsiz.az