İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər

0
211

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər.

Terefsiz.az -ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina açıqlama verib.

Qravina bu məqsədlə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, IFAB-dan ölkə çempionatı matçlarında oyunçu dəyişikliklərinin miqdarını 3-dən 5-ə qaldırmaları xahiş olunub.

Hazırda İtaliyada 5-dək əvəzləməni yalnız III və IV Divizionlarda etmək mümkündür.

Qeyd edək ki, A Seriyasında 11 turdan sonra 29 xal toplayan “Yuventus” turnir cədvəlinə başçılıq edir. İlk “3-lük”dəki “İnter”in 28, “Roma”ın 22 xalı var.