Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var

0
207

Köpək balığının qarnından çıxan turistlə bağlı bəzi detallar üzə çıxıb.

Terefsiz.az Daily Mail-in verdiyi xəbərə istinad edir ki, Riçard Ternerlə Veriti Terner adaya Veritinin qırx illiyini qeyd etməyə gəliblər.

Onlar adaya məxsus Sen-Jil kəndində beş ulduzlu otel tutublar.
“Şübhəsiz, Riçard mərcan rifi ərazisini (mərcan rifi-köpək balıqları üçün maneə rolunu oynayır) təhlükəsiz hesab edib, güman ki, güclü dalğa onu uzağa aparıb və nəticədə köpək balığına yem olub” – deyə adanın sakini bildirib.

DNT-nin nəticəsinə görə, balığın qarnından tapılan barmağın Riçarda aid olduğu təsdiq olunub.

Xatırladaq ki, daha öncə üzmək üçün Hind okeanına yollanan turistin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı.

Daha sonra yaxın ərazidən tapılan köpək balığının qarnından turistə məxsus üzük tapılmışdı

istinad:oxu.az