Almaniya Futbol İttifaqının (AFT) prezidenti Frits Keller təşkilatın qadınların hüquqlarının pozulmasına münasibəti barədə danışıb.
Terefsiz.az xəbər verir ki, bu barədə İttifaqın rəsmi saytı bəyan edib..
AFT rəhbəri bildirib ki, milli yığmanın cinsi əlamətə görə ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə çıxışına qadağa qoyur.
“Müasir dövrün mürəkkəb suallarına cavab verə bilmək üçün sosial problemləri birlikdə müzakirə etmək vaxtıdır. Qadınların hüquqları bizim üçün vacib dəyərlərdən biridir.
Odur ki, AFT İcraiyyə Komitəsinin ilk iclasında qətnamə layihəsini təqdim etmişəm, onun əsasında bundan sonra yığma komandalara qadınların futbol stadionlarına və ya digər idman tikililərinə bərabər giriş imkanı olmayan ölkələrdə oyunlar keçirmək qadağandır. Mənim təklifim AFT Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul olunub”, – Keller bildirib.
istinad:oxu.az