“Fənərbağça” – “Qalatasaray” derbisi heç-heçə başa çatdı
Futbol üzrə Türkiyə Super Liqasında “Fənərbağça” və “Qalatasaray” komandaları arasında mövsümün son derbisi keçirilib.
Əzəli rəqiblərin 389-cu görüşü gərgin mübarizə şəraitində keçib.
Oyunun 44-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Hasan Ali Kaldırım qırmızı vərəqə alaraq oyundan qovulub. 66-cı dəqiqədə Onyekurunun vurduğu qola cavab olaraq 71-ci dəqiqədə “Fənərbağça”lı Eljif Elmas hərəkətə keçib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Terefsiz.az