Dreykin bahalı ayaqqabıları gündəm oldu – FOTO

0
192

Məşhur repçi “R&B” janrının mahir ifaçısı Dreyk aldığı idman ayaqqablıları ilə gündəmə damğa vurub. 

Terefsiz.az xəbər verir ki, sənətçi şəxsi “İnstagram” hesabında dabanına İordan çayının suyu doldurulmuş “Nike Air Max” brendinə məxsus ayaqqabısının görüntüsünü paylaşıb.

Ağ rəngli ayaqqabıların üzərində olan dini detallar bununla da bitmir.

Belə ki, ayaqqabının içliklərində “buxur” qoxusu, bağlarında isə xaç (çarmıx) mövcuddur.

Nüsxəsi barmaqla sayılacaq qədər az olan və satışa çıxarıldıqdan bir neçə dəqiqə sonra dərhal satılan “İsus” adlı ayaqqabıların qiyməti 3000 dollar təşkil edir.

Dreykin sosial media hesabında bu cür ayaqqabılarla öyünməsi izləyicilərin qıcıqlandırıb. Onlar məşhuru tənqid atəşinə tutublar.

Qeyd edək ki, bir müddət öncə 32 yaşlı Dreyk özünə dəyəri 187 milyon dollar olan işlənmiş karqo təyyarəsi satın alıb.

O, “Boeing 767” karqo təyyarəsinin dizaynını dəyişərək, özəlləşdirib. Təyyarənin kirayə dəyəri isə 600-700 min dollar arasında dəyişir. Sənətçi, bu qədər bahalı mülk alması ilə dünya mətbuatının gündəminə düşüb.