İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç 29 yaşdan yuxarı futbolçulara verilən “Golden Foot” mükafatını qazanıb.
Terefsiz.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Kriştianu Ronaldu, Lionel Messi, Tyaqu Silva, Serxio Ramos kimi futbolçuları geridə qoyub.
Mükafatlandırma mərasimi noyabrın 12-də Monte-Karloda keçirilib.
2003-cü ildən verilən bu mükafatı yalnız həyatda bir dəfə udmaq mümkündür.
istinad:report.az