“App Store”dan 180-dən artıq proqram silinəcək.

0
229

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək.

Terefsiz.az saytı “Apple İnsider”ə istinadən xəbər verir ki, şirkət elektron siqaret istehsalçılarına məxsus və veypları tənzimləyən əlavələri, elektron siqaret çəkməyin mədəniyyətinə dair xəbərləri, veypinqlə bağlı oyunları da siləcək.

Hələ iyun ayından şirkətin on-line platformasında elektron siqaret çəkməyi təbliğ edən əlavələrin yerləşdirilməsinə son verildiyi xatırlanır.

“ “App Store”un bundan sonra da istifadəçilər, xüsusilə, gənclər üçün əlavə yüklənə bilən etibarlı platform olmasına ciddi nəzarət edirik. İstifadəçilərimizin sağlamlığına və rahatlığına riskləri aradan qaldırmaq üçün daim əlavələri qiymətləndirir, son məlumatları əsas götürürük”, – deyə şirkətdən bildiriblər.

Terefsiz.az