Dünyada izlənmə rekordları qıran “Taxt oyunları” serialının ulduzu Emilia Klark ekran işindəki rolu ilə bağlı maraqlı etiraflar edib.
Terefsiz.az saytı xəbər verir ki, gənc aktrisa açıq-saçıq səhnələrdən əvvəl ağladığını dilə gətirib.
“Sevişmə səhnələrindən əvvəl tualetə girib, ağlayırdım. Daha sonra qayıdırdım və həmin səhnəni çəkirdik”, deyə, o bildirib.
O, belə səhnələrdə yer almaq istəmədiyini desə də, çəkiliş heyətinin onu buna məcbur etdiyini bildirib:
“Bu davranışın pərəstişkarlarını məyus edəcək” deyirdilər. Mən də məcbur olurdum. Rolu qəbul etdikdən sonra mətni göndərdilər. Çətin olduğunu anladım. Atama ilk beş bölümü izləməməsi ilə bağlı xəbərdarlıq etdim”.
Terefsiz.az