Türkiyənin məşhur müğənnisi, aktyoru Özcan Dəniz yenidən efirlərə qayıtmağa hazırlaşır.
Terefsiz.az xəbər verir ki, Özcan Dəniz yeni serial çəkmək üçün hazırlıqlara başlayıb.
Aktyor bu dəfə serialın həm prodüseri, həm də ssenaristi olacaq. O, artıq serial üçün aktyorlar seçməyə başlayıb. Sənətçi daha çox tanınmayan simalara üstünlük verəcək. Özcanın aktyorlara hər bölüm üçün isə 30-80 min lirə verəcəyi bildirilir.
Hələlik serialın hansı mövzuda olması və nə vaxtdan başlayacağı açıqlanmayıb.
Qeyd edək ki, Özcan Dəniz son olaraq “İstanbullu gelin” serialında rol alıb.
Sevinc Yasinqızı
istinad:oxu.az