Dırnaq boyaları sağlamlığa zərərlidir

0
375

Alimlər dırnaq boyalarının sağlamlığa ziyan vurması ilə bağlı çıxış ediblər.

Terefsiz.az xəbər verir ki, boyaların tərkibində formaldegid, toluol, dibutilftalat kimi yüksək toksiki maddələr yer alır.

Mütəxəssislər bildirib ki, dibutilftalat insanın endokrinoloji sisteminə ziyan vurur. Bu maddəni bir çox ölkələrdə qadağan ediblər. Folmaldegid isə toksik maddə hesab olunur. Bu maddənin onkoloji xəstəliklərə səbəb ola biləcəyi ehtimal edilir.

Bu maddələrin təhlükəli effekti istifadədən on il sonra özünü göstərir.