ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib. Səfərinin məqsədi amerikalı hərbçiləri Şükranlıq bayramı münasibətilə ziyarət etməkdir.
Terefsiz.az – ın məlumatına görə, “The Washington Post” bildirir ki, Tramp Əfqanıstandakı hərbi bazaya baş çəkib.
O, həmçinin əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə görüşüb.
Qeyd edək ki, ötən həftə o, Əşrəf Qənini ABŞ-a dəvət etmişdi.
Mətbuatın əldə etdiyi məlumata görə, Pentaqon ABŞ Prezidenti göstəriş verdiyi təqdirdə hərbçilərin Əfqanıstanı dərhal tərk etmək planını hazırlayır.