Məhkəmə “Laçın” Ticarət Mərkəzinin qızıl alverçisi ilə bağlı qərar çıxardı

0
179

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Terefsiz.az xəbər verir ki, Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, M.Fərzəliyevanın kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib. M.Fərzəliyeva barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi M.Fərzəliyevanın apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus “Laçın” Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb. Məhkəmə dövründə M.Fərzəliyeva barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

M.Fərzəliyeva Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

istinad:oxu.az