İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiqlədi

0
147

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Terefsiz.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

– Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

istinad:oxu.az