Yeni il gecəsi 2 milyon qazanacaq

0
242

2020-ci ili səhnədə qarşılayacaq olan türkiyəli müğənnilərin konsertlərdən alacağı məbləğ bəlli olub.

Terefsiz.az xəbər verir ki, son bir neçə ildə olduğu kimi bu il də rekord Tarkandadır. Kiprdə səhnəyə çıxacaq olan sənətçi 2 milyon lirə qazanacaq. Onun ailəsi də müğənnini izləyənlər arasında olacaq.

Hadisə də Kiprdə konsert verəcək. Bir neçə saatlıq səhnə performansı sənətçiyə 800 min lirə qazandıracaq. Həmin gecə Ebru Gündeş 600 min lirə, Bülent Ersoy və Yıldız Tilbe də 500 min lirə qarşılığında pərəstişkarlarının qarşısına çıxacaqlar.