“Çelsi”yə tətbiq edilən transfer qadağası ləğv olundu

0
254

İdman Arbitraj Məhkəməsi (CAS) “Çelsi”yə tətbiq edilən transfer qadağası ilə bağlı klubun şikayətini təmin edib.

Terefsiz.az xəbər verir ki, London klubunun transfer pəncərəsi üçün cəzası birə endirilib.

Beləliklə, artıq qarşıdakı yanvar ayında onlar futbolçu ala, sata, icarəyə verə və götürə biləcəklər.

Xatırladaq ki, daha əvvəl FIFA yeniyetmə futbolçuların transferi məsələsində beynəlxalq qaydaları pozduğu üçün “Çelsi”yə iki transfer pəncərəsini əhatə edən qadağa tətbiq etmişdi.