“Stokholm röyaları” foto sərgisi

0
186

Dekabr ayının 10-da,  saat  19: 00-da  Leyla Xəzəri sənət qalereyasında məşhur jurnalist İradə Əsədovanın “Stokholm röyaları” adlı fotosərgisi keçiriləcək. İradə Əsədova ölkənin mədəni həyatının işıqlandırılmasına  böyük töhfəsi olan və bir sıra mükafatlara layiq görülmüş peşəkar mədəniyyət tənqidçisidir. Sərginin təşkilatçılar İsveçin Azərbaycandakı səfirliyi və Leyla Xazarinin sənət qalereyası, kuratoru Rüstəm Hüseynovdur.

Terefsiz.az xəbər verir ki, İradənin Stokholmu – hər kəsin ürəyincə bir künc tapa biləcəyi  isti, rahat və müasir şəhərdir. Sərginin ekspozisiyasını soyuq və isti tonların ziddiyyəti, parlaq detallar və təmkinli fon, soyuq memarlıq formaları ətrafındakı qaynar həyatın əksi təşkil edir. İradə Əsədovanın fotoobyektivində Stokholm qışı hər bir qonağın urəyindəki buzu əritməyə qadir  inanılmaz çəkici  şəhər kimi alınıb. Onun “Stokholm röyaları” adlı fotosərgisində   İsveç paytaxtının spesifik özəlliyini əks etdirən bir sıra silsilə şəkilləri nümayiş olunacaq.

TEREFSİZ.AZ