Futbol üzrə Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib.
Terefsiz.az oxu.az – a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Setubal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-di.